• Anasayfa
  • Favorilere Ekle
  • Site Haritası

Edebiyat Gazetesi

Kültür Sanat Edebiyat Haber Gazetesi

Öykü Penceresi
epazardanal.com
Gülare Munis Azerbaycan

Cıdır düzü


Cıdır düzü...

Səni yuxuda gördüm bir gün...

Həyatda görməmişəm, səni...

Barəndə çox eşitmişəm, haqqında çox oxumuşam.

Səni başqa cür təsəvvür edirdim, tamam başqa cür...

Cıdır düzü, hanı güllərin? Hanı güllər üstündə bülbüllərin?

Hanı güllərin tacı xarıbülbülün?

Hanı?

Qurumuş ot-ələfin içində itib-batmısan...

Hanı əlvan xalıları xatırladan yamyaşıl örtüyün?

Hanı başı örpəkli, bənövşə yığan qızların?

Hanı qızlara göz qoyan, könül verən cavanların?

Cıdır düzü, indi suyu quruyan dəyirmana bənzəyirsən...

İndi daşın-torpağın da küsüb, məlul-məlul boynunu büküb...

Daha bu torpaq xarıbülbül də bitirmir.

Elə bil bülbüllər güllərdən yanından köç edib, yerində quruca budaqlar qalıb..

Səni yuxuda gördüm, Cıdır düzü...

Utandım səndən, utandım sənin məyus görkəmindən...

Utandım Üzeyirdən, Natavandan, Cabbardan, Xandan...

Elə bildim indicə yaxamdam tutub deyəcəklər: “ Bu yerləri sizə belə vermişdikmi?”

Oyandım ...

Musiqi səsinə oyandım...

Səs lap uzaqdan gəlirdi...

Heç demə işğaldan azad olan Cıdır düzündə “Xarıbülbül” müsiqi festivalı keçirilirmiş...

Sevinirdi otlar, güllər, çiçəklər...

Sevinirdi  torpaq, sevinirdi adi daşlar da...

Sevinirdi Cıdır düzü...

Sevinirdi Qırxqız yaylağı, sevinirdi İsa bulağı...

Sevinirdi Üzeyirin, Natavanın, Xanın ruhu...

Şuşada Şuşa boyda bir bayram büsatı var idi...

Sevinirdi bayrama gələn hər kəs...

Hətta dağılan evlərin uçuq divarları da sevinirdi...

Nə yaxşı ki, əvvəldə gördüyüm yuxu imiş...

Nə yaxşı…

 

                           Gülarə Munis. 
  
48 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın