• Anasayfa
  • Favorilere Ekle
  • Site Haritası

Edebiyat Gazetesi

Kültür Sanat Edebiyat Haber Gazetesi

Öykü Penceresi
epazardanal.com
Əliyeva Zemfira - Azerbaycan
Ətir. 
Güllərin ətrini sinəmə çəkdim.
"Oxay təbiətim gözəldir"dedim
Hər tərəfə lətif gül çiçək əkdim
Mən ətir qoxladım, mən ətir yedim.
Gəncliyin gül ətri damagımızda
Bir gün qonağ oldun sən bağımızda
Sonra qoşa yandı çiragimiz da
Xoşbəxtin biri sən biri məndim
Ay, günəş, ulduzlar bizə hayandı
Ömrüm mayak kimi oduna yandı
Mənim ətrim səndin, səninki məndim
Sən mənim adımdın, mən sənin adın
Bir gün hiss etdim ki, sənin sinəndən
Yad qadın qoxusu eşidirəm mən
Qələmim, dəftərim düşdü əlimdən
Sən xoşbəxt, mən isə ən bədbəxt idim
Evimizə yad qoxular yol açdı
Kədər,nisgil ürəyimdə kol açdı
Məhəbbət yox, günahlar əl qol açdı
Baxıram, sən mənə yaddan da yaddın 
O sinəyə başımı mən qoyardım
Məhəbbətlə uyumağdan doyardım?
Heç səni mən özgəsinə qıyardım?
Çarəsizəm, heç bilmirəm nə edim?
Ayağını sürüşdürən əzizim
Qoxuları qarışdıran əzizim
Məni buna alışdıran əzizim
Kədərli dünyadan mən hara gedim?
Birdən körpə ətri dəydi üzümə
Övladlarım sığındılar köksümə
Bu ətirdən gözəl ətir nədir, nə?
Fikirləşdim, söylədim öz özümə
"Başqa ətirləri yadından çıxart
Çıxart ki balalar olmasın yetim"
"Bu ətirdən yoxdur"söyləyən ana
Ətri ətrə qurban eyləyən ana
Məhəbbətin gömən, quylayan ana
Ona görə ulu, qocasan qadın
Cənnətməkan, uca, ucasan qadın...
Əliyeva Zemfira
  
25 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın