• Anasayfa
  • Favorilere Ekle
  • Site Haritası

Edebiyat Gazetesi

Haftalık Kültür Sanat Haber Gazetesi

  • Hazar Yazarlar Birliğinden şiir çelengi gelmiştir. - 24/05/2021
  • Hazar Yazarlar Birliğinden şiir çelengi

     

     

    Yağa bu yaz aylarında, çobanaldadan yağışlar.

    Qızara öpüş yanağda, utana sevən baxışlar.

     

    Unuda qəmi, əzabı, unuda təmiz ürəklər,

    Açıla bənövşələrtək, üzə həkk olan qırışlar.

     

    Qayıda çıxıb gedənlər, sevinə qərib sevənlər,

    Dəb ola gözəllər üçün, mütəvaze davranışlar.

     

    Səhərin ilıq mehiylə, yıxıla soyuq divarlar,

    Sala bir-birin hər axşam, yada köhnə dost-tanışlar.

     

    Ola ulduz ilə həmdəm, göyə yüksələn dualar,

    Nola qalmaya cavabsız, bu səmimi yalvarışlar.

     

    Bizə də düşə günəşdən, ruh isindirən şəfəqlər,

    Aça ömrümüzdə güllər, bitə ömrümüzdə qışlar.

     

    Bu diləklərintək olsa, ürəyin təmiz, Ey İsa,

    Səni Tarı imtahandan, elə keçməmiş bağışlar.

    İsa Şirinov

     

     

     

     

    Payız gəldi belədi

     

    Gəlirəm ki, bir balaca darıxam.

    İndi ruhum darıxmağa kölədi.

    Sarı gördüm saçlarını yuxumda

    Payız gəldi, belədi də belədi.

     

    Gəlirəm bir, təsəlli ver dil ucu.

    Yalan danış, barmağını haçala.

    Hecalara ayır ayrılığı da,

    Ayrılırıq, ayrılırıq hecala.

     

    Gəlirəm ki, bir balaca darıxam,

    Gəlirəm ki, səni görəm yol üstü,

    Bilirəm ki, baxışların soyuqdu,

    Bilirəm ki, ovucların ipisti.

     

    Çoxu keçdi günahımdan yol üstü

    Amma, amma, bağışlayan olmadı.

    Gəlirəm ki, gələn yoxdu dalımca.

    Çatıram ki, qarşılayan olmadı.

     

    Sarı gördüm saçlarını yuxumda,

    Payız gəldi, belədi də belədi.

     

    Nureddin Huseynov

     

     

     

     

    Kim ki dünyaya salır meylini məna nə bilir?!

    Nədi məna bilənin qədrini dünya nə bilir?!

     

    Gözü israf edə bilməzsə töküb inciləri

    Bu səfil baxsa da görməz nədi dərya nə bilir?!

     

    Hər ötən der, gəl, unut tutma bu səhra yolunu

    Məni Məcnundu duyan qeyrisi səhra nə bilir?!

     

    Necə sevda yolu müşküldü Kənandan xəbər al

    Yusifin sirrini dünyada Züleyxa nə bilir?!

     

    Gözə Bərraq nə bu dünya, nə o dünya görünür

    Bir belə ruh qəmi çəkməkdə təmənna nə bilir?!

     

    Tahire Berrak

     

     

     

     

    Bir,ev arzulamışdıq

    Yolu məhəbbət yolu.

    Səadətə aparsın

    Bizi, gözü yumulu

    Çölü bərsiz-bəzəksiz,

    İçi gülüşlə dolu,

    Bir, ev arzulamışdıq

    İkimizə bircə ev...

     

     

    Gecə yatıb narahat,

    Körpə uşaq səsiylə

    Səhərləri oyanmaq,

    Quşların nəğməsiylə

    Bu şirin xəyalları,

    Yaşatmaq həvəsiylə,

    Bir, ev arzulamışdıq

    İkimizə, bircə ev...

     

    Gecə-gündüz səmadan,

    Üzərinə nur düşə,

    Qapısı aya baxa,

    Pəncərəsi günəşə

    Həyəti daş çəpərsiz,

    Ətrafı yaşıl meşə

    Bir, ev arzulamışdıq

    İkimizə bircə ev...

     

     

    Aylar ötdü il oldu

    Bir acımız, min oldu.

    Nə səninlə qovuşduq,

    Nə arzumuz çin oldu.

    Mənim öz evim oldu,

    Sənin öz evin oldu,

    Bir ev arzulamışdıq

    Bir evimiz olmadı.

     

    Saleh Sebat

     

    Hökm edir ərşə bir ulduzlu  hilal, seyrinə dal,
    Parlasın gözlərin ulduz kimi, ey qaşı hilal.
    Külə döndüm sənə olsun deyə qismət bu qürur,
    Cismimi büs-bütün atəş bürüdü, ruhumu nur.
    Kükrədim fırtına tək gah oyana, gah buyana,
    Qoymadım doğma səmalarda ögey yel dolana.
    Can quşum tərk eliyincə bədənin dar qəfəsin,
    Elədim aləmi dar düşmənə, kəsdim nəfəsin.
    Tutduğum zirvədən ötrüydü həyatə gəlişim,
    Kəsə getdim yolumu, qalmadı dünyadə işim.
    Mən bəqa aşiqiyəm, yoxdu fənalıqla aram,
    Almışam aləmi ağuşuma, hər yerdə varam.
    Ocağın sönsə odam mən, evin od tutsa suyam,
    Səndən ayrılmamışam,hər nə görürsənsə oyam.
    Ruhumun qüdrəti ruhundadı, dik tut başını,
    Ağlama, saxla zəfər müjdəsinə göz yaşını.
    Qoyma nəm çəkməyə kipriklərini, qeydinə qal,
    Qalxıb innən belə xəzri saçına çəksə sığal,
    Əyilib öpsə üzündən gilavar bil ki, mənəm,
    Bir zaman həmvətən idim sənə,indi VƏTƏNƏM!
     
    Kamal Hüseynzade
     

    Kaynak : Pervin İsmailzade 

    Duyuru Arşivi

  • Fazla Yağ Göz Çıkarmaz- Duygu Karaca
  • Ali Akgün'ün Akıl ve İman kitabı çıktı.
  • Güvercin Sevdası 3. Baskı Yaptı.
  • Şükür Engel Tanımaz - Hüseyin Küçük
  • Gecenin Yelesi Sıddıka Zeynep Bozkuş
  • Haftanın ÖYKÜSÜ
  • Senaryo Yazarlığı Mektebi
  • Bakmak Dinelemek Okumak söyleşileri Devam Ediyor
  • Osman Kahveci'nin Şiirle düşünmek kitabı çıktı.
  • Esra Ersoy'un Kalır adlı eseri yayınlandı
  • IHLAMUR DERGİSİ 100. SAYIDA
  • Amin Maalouf Türkiyeli okurlarıyla 9 Mart’ta buluşuyor.
  • 21 Kadın 21 Öykü
  • GÜMÜŞHANE'DE YAYINLANAN HERFENE DERGİSİ
  • "EDEBİYATIMIZDA BİSİKLET" KİTABI ARATOS YAYINLARINDAN ÇIKTI
  • HİKAYECİ İMDAT AVŞARIN YENİ KİTABI ÇIKTI
  • KIRMIZI KEDİ YAYINLARI METİN ALTIOK ŞİİR ÖDÜLÜ