|
Körpəm
Baxıb üzündəki məsum suala, Gizlədə bilmirəm indi gözümü, Tanrıdan bir dilək haqqım olsaydı əgər, İndi ağrıları sıxıb dişimə, 11.05.2018 *** Çoxmu maraqlıdır səndən sonra nəyim var?! Çoxmu maraqlıdır səndən sonra necədi həyat?! 2015 * * * Çıxıb getmək var… bacarsan Çıxıb getmək var bir də Ətrin hopmuş bu şəhərdən. Həsrətli baxışları yığıb küncdən, bucaqdan kimsəsiz döngələrdən. Sıxmaq var susqunluğu Dişlərində qəhərdən. Çıxıb getmək var bir də bu şəhərdən, Gedə bilsən… Çıxıb getmək var səndən, Sənə bağlı xatirələrdən. Ömür dediyin uzun deyil, Düşüncənin bir yerində bütün bağlar qırılır… Yenidən sevmək üçün gücü yetmir ürəyin qopub səndən, özündən yeni liman axtarsın… Çıxıb getmək var, amma getməyin də növü var. Unudulmaq itkidir, Unutmaqsa intihar! Çıxıb getmək var, Çıxıb getmək… bacarsan. 2015-2018
Tənhalar
Kimsəsiz bir adadır, Bu dünyada tənhalar. Sağı-solu sevgidi. Sevgiyə addım atmaq, Tənhalığa ölümdü. Mübarizə istəyir, Yeni ömrə başlamaq. Kimsəsiz bir adadır, Bu dünyada tənhalar. Sağı-solu sevgidi. Sevgi bəzən qazancdır, Sevgi bəzən itkidir… Bu dünyada sevginin Çoxluğu da qorxudu. İnsan bəzən lap elə Sevgidən də boğulur… 04.05.2018 Sən yağış deyilsən ki?!
Sən yağış deyilsən ki?! Yenə yağış yağır, Sən düşürsən yadıma. “Necəsən, əzizim? Bayırda deyilsən ki?!” Yenə yağış yağır, Bürünüb plaşıma, Səni düşünürəm… Görəsən, sənə soyuq deyil ki? Yenə yağış yağır, Yadıma, yaddaşıma. Yağışdan qoxun gəlir, Sən yağış deyilsən ki?! 06.06.2016
|
Duyuru Arşivi |