Kardeş Azerbaycan'ımızın;
9 Kasım Devlet Bayrağı Gününü,
12 Kasım Anayasa Günün ve
17 Kasım Milli Uyanış günü bayramlarını kutluyor.
Ilgar Fehmi kardeşimizin "Bir Şuşa Var" Şiiri ile onların bu mutlu günlerine yürekten coşkuyla katılıyoruz.
Edebiyatgazetesi.net
Bir Şuşa var
Bir Şuşa var, otuz il xəyallarda dolaşdı,
Bir Şuşa var, bu gün gəlib
varlığına qovuşdu...
Bir Şuşa var, hər ağacı,
hər daşı da tarixdi.
Bir Şuşa var, sevinci də,
göz yaşı da tarixdi…
O Şuşa ki otuz il,
məhbus idi, əsir idi…
Başı üstə qara duman,
ayağında zəncir idi...
O Şuşa ki otuz il
Ayrı düşdü anasından,
Xarı bülbül qərib düşdü
Oz isti yuvasından…
Nəhayət ki cuşa gəldi ərənlərin igidlərin,
Son bir dəli həmlə ilə
Titrətdilər göyü yeri...
Göyə qalxdı atəş səsi, igidlərin nərəsi,
Namərd düşmən bu torpaqda
Axır verdi son nəfəsi...
Bu gün bizə zəfər sözü Şuşa adıyla qoşadı…
İndi hər gün bir qələbə,
İndi hər yer Şuşadı...
İlqar Fəhmi