Zaur Rehşan
Türk ki kılıcın sıxdı, heç kəs batamaz Türkə,
Yer titrər həmin anda, rüzgar çatamaz Türkə.
Düşmən çəpərin üstə sanki şığıyar aslan,
Göylər də tuta bilməz, şimşək atamaz Türkə.
Allah – dediyi anda, zalim olana sıçrar
Şeytan da gələ ol dəm, hiylə satamaz Türkə.
Meydanda hünər etmək Bozqurdun əsil eşqi,
Eşqindən uzaq düşmək qəlbən yatamaz Türkə.
Türkün qanına hopmuş mərdlik, şərəf həm namus,
Namərd olacaq kimsə qanın qatamaz Türkə.
Bir Türk qədəmin basmış torpaq da qürur eylər,
Aləm də gələ, Rəxşan, divan tutamaz Türkə.