Kardeş Azerbaycan'ımızın;
9 Kasım Devlet Bayrağı Gününü,
12 Kasım Anayasa Günün ve
17 Kasım Milli Uyanış günü bayramlarını kutluyor.
Arif Buzovnalı 'nın bir şiiri ile onların bu mutlu günlerine yürekten, coşkuyla katılıyoruz.
Edebiyatgazetesi.net
Zəngəzurdan məktub
Salam olsun sənə, ey sevgili Azərbaycan!
Salam olsun sənə, qalib əsgər!
Salam olsun sənə, mərd sərkərdə!
Halal olsun sənə bu şanlı zəfər!
Bayrağın dağlara salmış kölgə,
Qucmuş öz ulduzunu ayparası.
Şuşa ki millətimin şah əsəri,
Şuşa ki tariximin şah qalası.
Burda çarpışdı qaranlıqla işıq,
Öıümə burda zəfər çaldı həyat.
Söylədik hər kəsə düşmənqarışıq,
Şuşasız yoxdu Vətən, yoxdu nicat.
Yudu qeyrət qanı can torpağını,
Bitdi qoynunda vəfa abidəsi.
Şuşanın dağlarına saldı səda
"Vətən azaddı" səsi.
Yağı əllərdə bu illərdə nələr çəkmədi ki
Mən bilirəm.
Nə zaman Azərbaycan dedi ki
"Mən gəlirəm",
Açdı illərdi ki göz yaşı çəkilmiş gözünü,
Ağaran yollara həsrətlə dikilmiş gözünü.
Aldı yüzlərlə Vətən əsgərini ağuşa,
Ər qanıyla yarası tapdı şəfa.
Göstərib hər şəhid övladını car çəkdi Şuşa:
"Duysun aləm ki, budur əhdə vəfa!"
Gözün aydın, Şuşa, sən azadsan,
Ana yurdun qucağında sevilən övladsan.
Mənsə, səndən Vətənin ətrin alan Zəngəzuram,
Düz yüz il gözləri yollarda qalan Zəngəzuram.
O gün olsun mənim uğrumda döyüşsün əsgər,
O gün olsun mənim üçün Vətən açsın meydan.
O gün olsun ki silib göz yaşımı
Məni öz qoynuna alsın anam Azərbaycan!
Arif Buzovnalı