|
Hazar Yazarlar Birliğinden şiir çelengi
Yağa bu yaz aylarında, çobanaldadan yağışlar. Qızara öpüş yanağda, utana sevən baxışlar.
Unuda qəmi, əzabı, unuda təmiz ürəklər, Açıla bənövşələrtək, üzə həkk olan qırışlar.
Qayıda çıxıb gedənlər, sevinə qərib sevənlər, Dəb ola gözəllər üçün, mütəvaze davranışlar.
Səhərin ilıq mehiylə, yıxıla soyuq divarlar, Sala bir-birin hər axşam, yada köhnə dost-tanışlar.
Ola ulduz ilə həmdəm, göyə yüksələn dualar, Nola qalmaya cavabsız, bu səmimi yalvarışlar.
Bizə də düşə günəşdən, ruh isindirən şəfəqlər, Aça ömrümüzdə güllər, bitə ömrümüzdə qışlar.
Bu diləklərintək olsa, ürəyin təmiz, Ey İsa, Səni Tarı imtahandan, elə keçməmiş bağışlar. İsa Şirinov
Payız gəldi belədi
Gəlirəm ki, bir balaca darıxam. İndi ruhum darıxmağa kölədi. Sarı gördüm saçlarını yuxumda Payız gəldi, belədi də belədi.
Gəlirəm bir, təsəlli ver dil ucu. Yalan danış, barmağını haçala. Hecalara ayır ayrılığı da, Ayrılırıq, ayrılırıq hecala.
Gəlirəm ki, bir balaca darıxam, Gəlirəm ki, səni görəm yol üstü, Bilirəm ki, baxışların soyuqdu, Bilirəm ki, ovucların ipisti.
Çoxu keçdi günahımdan yol üstü Amma, amma, bağışlayan olmadı. Gəlirəm ki, gələn yoxdu dalımca. Çatıram ki, qarşılayan olmadı.
Sarı gördüm saçlarını yuxumda, Payız gəldi, belədi də belədi.
Nureddin Huseynov
Kim ki dünyaya salır meylini məna nə bilir?! Nədi məna bilənin qədrini dünya nə bilir?!
Gözü israf edə bilməzsə töküb inciləri Bu səfil baxsa da görməz nədi dərya nə bilir?!
Hər ötən der, gəl, unut tutma bu səhra yolunu Məni Məcnundu duyan qeyrisi səhra nə bilir?!
Necə sevda yolu müşküldü Kənandan xəbər al Yusifin sirrini dünyada Züleyxa nə bilir?!
Gözə Bərraq nə bu dünya, nə o dünya görünür Bir belə ruh qəmi çəkməkdə təmənna nə bilir?!
Tahire Berrak
Bir,ev arzulamışdıq Yolu məhəbbət yolu. Səadətə aparsın Bizi, gözü yumulu Çölü bərsiz-bəzəksiz, İçi gülüşlə dolu, Bir, ev arzulamışdıq İkimizə bircə ev...
Gecə yatıb narahat, Körpə uşaq səsiylə Səhərləri oyanmaq, Quşların nəğməsiylə Bu şirin xəyalları, Yaşatmaq həvəsiylə, Bir, ev arzulamışdıq İkimizə, bircə ev...
Gecə-gündüz səmadan, Üzərinə nur düşə, Qapısı aya baxa, Pəncərəsi günəşə Həyəti daş çəpərsiz, Ətrafı yaşıl meşə Bir, ev arzulamışdıq İkimizə bircə ev...
Aylar ötdü il oldu Bir acımız, min oldu. Nə səninlə qovuşduq, Nə arzumuz çin oldu. Mənim öz evim oldu, Sənin öz evin oldu, Bir ev arzulamışdıq Bir evimiz olmadı.
Saleh Sebat
Hökm edir ərşə bir ulduzlu hilal, seyrinə dal, Parlasın gözlərin ulduz kimi, ey qaşı hilal. Külə döndüm sənə olsun deyə qismət bu qürur, Cismimi büs-bütün atəş bürüdü, ruhumu nur. Kükrədim fırtına tək gah oyana, gah buyana, Qoymadım doğma səmalarda ögey yel dolana. Can quşum tərk eliyincə bədənin dar qəfəsin, Elədim aləmi dar düşmənə, kəsdim nəfəsin. Tutduğum zirvədən ötrüydü həyatə gəlişim, Kəsə getdim yolumu, qalmadı dünyadə işim. Mən bəqa aşiqiyəm, yoxdu fənalıqla aram, Almışam aləmi ağuşuma, hər yerdə varam. Ocağın sönsə odam mən, evin od tutsa suyam, Səndən ayrılmamışam,hər nə görürsənsə oyam. Ruhumun qüdrəti ruhundadı, dik tut başını, Ağlama, saxla zəfər müjdəsinə göz yaşını. Qoyma nəm çəkməyə kipriklərini, qeydinə qal, Qalxıb innən belə xəzri saçına çəksə sığal, Əyilib öpsə üzündən gilavar bil ki, mənəm, Bir zaman həmvətən idim sənə,indi VƏTƏNƏM! Kamal Hüseynzade Kaynak : Pervin İsmailzade |
Duyuru Arşivi |